“Azərbaycanın bugünkü və sabahkı inkişafı İlham Əliyevlə bağlıdır” – GÖVHƏR BAXŞƏLİYEVA- FOTOLAR

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP)  Bərdə rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasını  davam etdirir.

Etikxeber.az xəbər verir ki, kampaniya çərçivəsində Bərdə  şəhərində Qəhrəmanlar parkının qarşısındakı meydanda  mitinq-görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatlarından AMEA-nın  Şərqşunaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Əli Hüseynli, Naqif Həmzəyev , Yusif Məmmədəliyev adına Neft –Kimya  Prosesləri  İnstitutunun  direktoru Vaqif Abbasov iştirak ediblər.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya  qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verib.

O, bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də bərdəli seçicilər cənab İlham Əliyevə səs verəcəklər:

2018-04-07-PHOTO-00000014

2018-04-07-PHOTO-00000002

2018-04-07-PHOTO-00000010

“Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir”.

YAP sədri  qeyd edib ki, İ. Əliyev  hər bir  azərbaycanlının  Prezidenti olduğunu əməli işi, misilsiz fəaliyyəti  ilə tam  təsdiqləyib:

“Cənab İlham Əliyev 15 illik  fəaliyyəti dövründə  hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə  dəyşilib, insanların həyatı yaxşılaşıb. Azərbaycanı qarşıdakı illərdə daha güclü,  daha modern və inkişaf etmiş ölkəyə çevriləcək, gələcəyə yeni imkanlar açacaq.  Ona görə də 11 apreldə hər birimiz  seçki məntəqələrinə gələrək  Yeni Azərbaycan Partiyasının  namizədi İlham Əliyevi dəstəkləməklə  Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik”.

Milli Məclisin deputatı, AMEA-nın  Şərqşunaslıq İnstitutunun direktoru G. Baxşəliyeva , Yusif Məmmədəliyev adına Neft –Kimya  Prosesləri  İnstitutunun  direktoru V. Abbasov, deputat N. Həmzəyev çıxış edərək bildiriblər ki, İ,Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Eyni zamanda,  15 il ərzində İ. Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib və bütün bunlar prezidentin siyasətinin nəticəsidir.

Onlar  uğurların davamlı olması üçün bərdə  seçicilərini  11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.

 

Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

G. Baxşəliyeva saytımıza açıqlamasında isə bildirib ki, Bərdə şəhərinin Qəhrəmanlar parkının qarşısındakı meydanda keçirilən  mitinq-görüş, Zirvə mitnqi özünün izdihamlılığı və möhtəşəmliyi ilə seçilib:

“Çox uğurlu, çox izdihamlı bir Zirvə mitinqi oldu. İnsanlar çox yüksək əhval-ruhiyyədə idilər. Onlar bir nəfər kimi 11 aprel seçkilərində ölkə Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəklərini, ona səs verəcəklərini nümayiş etdirdilər. Çünki başqa cür də ola bilməz. Azərbaycanın bugünkü və sabahkı inkişafı, uğurları İlham Əliyevlə bağlıdır. Azərbaycanda İlham Əliyevə altetnativ ola biləcək şəxs yoxdur. Odur ki, 11 aprel seçkilərində də seçicilərin birmənalı seçimi İlham Əliyevdir və İlham Əliyev olacaq”-deyə, G. Baxşəliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Rəhbərlik etdiyim” hansısa “troll” və digər uydurma “qruplar”a…” – HƏSƏNOVDAN TƏKZİB

Read Next

Sabiq prezidenti həbsxanaya aparıldı- BRAZİLİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir