Azərbaycanın dörd qadın paracüdoçusu “Bakı-2017″nin finalına çıxıb – FOTO

Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları başlayıb.

Etikxeber.az xəbər verir ki, qadınların yarışında yarımfinalda 70 kiloqram çəkidə yarışan təmsilçilərimiz Ramilə Kaştayeva özbəkistanlı Gülruh Rahimovanı, Turanə Ağayeva isə türkiyəli Ayten Özyürükü məğlub edərək həlledici mərhələdə çıxış etmək imkanı qazanıblar.

Yarışlara yarımfinal mərhələsindən qoşulan digər qadın paracüdoçularımızdan Afaq Sultanova və Sevda Vəliyeva (hər ikisi 57 kq) müvafiq olaraq, Türkiyə və Özbəkistan idmançıları ilə görüşlərini qalibiyyətlə başa vuraraq finala yüksəliblər.

Etikxeber.az

Read Previous

“MTN”-ə “işləyən”lərdən ikisi indi “bərkgedən” deputatlardandır…” – SABİQ DEPUTAT İDDİA ETDİ

Read Next

Türkiyədə Ərdoğanın ABŞ səfərilə bağlı “ağıl” və ya “get-getmə” dartışması…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir