Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində Baş Katibin köməkçisi Rəşid Xaliqov ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və təşkilat arasında əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.
Rəşid Xaliqov Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrin günümüzün aktuallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və müasir beynəlxalq çağırışları əks etdirdiyini bildirərək, Forumda iştirakdan məmnunluğunu ifadə edib.
Nazir Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında danışıb. O, bu xüsusda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyəti və həyata keçirdiyi layihələr barədə həmsöhbətinə ətraflı məlumat verib.
Görüşdə həmçinin, humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.