Azərbaycanın iki ağır atleti Avropa çempionatında qızıl medal qazandı-FOTOLAR

Polşanın Novı-Tomısl şəhərində yeniyetmə və gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan yığması üçün uğurlu olub. Yığmamızın üzvləri Səbinə Əzimova (48 kq) və Fuqan Əliyev (62 kq) qitə birinciliyinin qızıl medallarına sahib olublar.

Etikxeber.az xəbər verir ki, yeniyetmələr arasında mübarizə aparan ağır atletimiz Fuqan Əliyev birdən 105 kiloqram, təkanla qaldırma hərəkətində isə 135 kiloqram ağırlığın öhdəsindən gələrək toplam 235 kiloqram nəticə göstərib və Azərbaycan yığmasının hesabına ilk qızıl medalı qazandırıb.

İkinci qızıl medalı gənclər arasında ölkəmizi təmsil edən yığmamızın üzvü Səbinə Əzimova əldə edib. Atletimiz birdən 65 kiloqram və təkanla 87 kiloqram ağırlığı qaldıraraq toplam 152 kiloqram nəticə ilə karyerasında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, bundan əvvəlki günlər atletlərimiz Rüstəm Qasımov və İsmayıl Məmmədov Azərbaycan millisinin aktivinə qitə birinciliyinin bürünc medallarını yazdırmışdı.

Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

atlet-1

atlet

Etikxeber.az

Read Previous

Azərbaycan millisi Afrika çempionuna 5:0 hesabı ilə qalib gəlib

Read Next

Arif Məlikovun doğum günüdür- VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir