Azərbaycanın mülki şəxslərinin erməni hərbçiləri tərəfindən öldürülməsini pisləyən bəyanat avropalı deputatlara paylanıldı

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin iki dinc sakininin öldürməsi ilə bağlı yaydığı bəyanatı ATƏT PA-nın Minsk şəhərində keçirilən illik sessiyası çərçivəsində xarici ölkələrin deputatlarına paylanılıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti erməni vəhşiliyinə dair tutarlı sənədi qurumun Daimi komitəsinin iclasında paylayıb.

Qeyd edək ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Etikxeber.az

Read Previous

Mətbuat Şurası da bəyanat yaydı…

Read Next

“Terror və terrorçuluq fəaliyyəti artıq Ermənistanın dövlət siyasətinə çevrilib…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir