“Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır”-NAZİR

“Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv və təxribatçı siyasət münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirir”.

Etikxeber.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMTBaş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşündə deyib.

Nazir əlavə edib ki, Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Etikxeber.az

 

Read Previous

Neftçaladakı birgə avtomobil zavodunun ilk avtomobili 2017-ci ilin mayında satışa çıxarılacaq

Read Next

Berlində Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə ediləcək sərnişin vaqonu nümayiş olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir