“Azərbaycanın xarici diplomatiyasının və beynəlxalq əlaqələrinin prioritetini Ermənistan-Azərbaycan münaqişəsinin həlli təşkil edir”-KAMAL CƏFƏROV

Milli Məclisin (MM) Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi qrupu üzvlərinin Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Kamal Cəfərov, İşçi qrupun üzvləri-MM-in deputatları Elnur Allahverdiyev, Nigar Arpadarai, Məzahir Əfəndiyev iştirak ediblər.

K. Cəfərov səfirlə görüşün konstruktiv dialoqun başlanğıcı olmaqla, ənənəyə çevriləcəyini, Azərbaycan-Belçika parlamentlərarsı əlaqələrinə, bu əlaqələrin müsbət dinamikasına töhfə verəcəyini bildirib və qeyd edib ki,MM-lə Belçika Parlamentinin həm Senatı, həm də Deputatlar Palatası ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

K.Cəfərov Belçikanın ölkəmizin Avropa regionunda ən önəmli tərəfdaşlarından biri olduğunu və Belçikanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dəstəklədiyini diqqətə çatdırıb.

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Azərbaycanın xarici diplomatiyasının və beynəlxalq əlaqələrinin prioritet sahəsinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli olduğunu, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmasının vacibliyini bir daha səfirin diqqətinə çatdırıb.

Səfir B.Skufs İşçi qrupun üzvlərinə minnətdarlığını bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığını, ali qanunverici orqanların potensialından tam istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Səfir eyni zamanda Belçika Krallığının Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı dəstəklədiyini bildirib.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belçika kralı Əlahəzrət Filip arasındakı güclü dostluq münasibətlərinin mövcudluğu və bu münasibətin ölkələrimiz arasında olan siyasi və iqtisadi əlaqələrə öz müsbət töhfəsini verdiyini qeyd edib.

K. Cəfərov sonra MM və Belçika Krallığının Azərbaycandakı səfirliyi arasında birgə İşçi qrupunun yaradılmasının ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyi barədə də danışıb.

Səfir öz növbəsində qaldırılan məsələ ilə bağlı müvafiq addımların atılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə tədbirlərin görülməsinə hazır olduqlarını bildirib.

Etikxeber.az

Read Previous

“Bu, bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir…”-TURAL GƏNCƏLİYEV

Read Next

“Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır”-MUSA QULİYEV – ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MƏSƏLƏ YENİDƏN MÜZAKİRƏ OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir