Azərbaycanla Rusiya AZAL-ın təyyarə qəzası üzrə məsələlərin həlli barədə razılığa gəldi, Moskva kompensasiya ödəyəcək-BİRGƏ BƏYANAT YAYILDI

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

Bildirilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.

“Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”, – bəyanatda qeyd olunub.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac müşahidə olunur-SİYAHI

Read Next

Kapitan, Qərargah rəisi, iki övladı Vətənə əmanət qalan tək oğul-İMİŞLİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏSƏD HƏSƏNOVUN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 38 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir