Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sahibə QAFAROVA: “Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Avropa Şurasına çox az üzv dövlət qəyyumlar üçün təlim verir…”
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Məcburi köçkünlər və Miqrasiya komitəsinin iclasında Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın müəllifi olduğu “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda məruzə ətrafında müzakirələr keçirilib.
Etikxeber.az xəbər verir ki, Avropa Şurası baş katibinin müavini xanım Battani Draqoninin də iştirak etdiyi müzakirələrdə ekspertlər qismində çıxış edən insan hüquq və azadlıqları, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri xanım Lora Pappa, Maria – Andriani Kostopulo çox müsbət fikirlər səsləndirib, dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, məruzə haqqında məlumat verən Sahibə Qafarova deyib ki, qəyyumluq vəzifələri müxtəlif fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Onun sözlərinə görə, qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir:
“Ümumi problemlərdən biri qəyyumların təyin edilməsinin gecikməsidir. Kadr və struktur avadanlığı çatışmazlığı gecikmə hallarını artırır. Bəzən qəyyumların təyin edilməsində gecikmələr bir ilədək davam edə bilir ki, bu da yetkinlik yaşına çatmayanları insan alveri və zorakılıq təhlükəsi qarşısında qoyur. Mövcud beynəlxalq standartlara baxmayaraq, qəyyumluq sistemlərinin müstəqilliyi və qərəzsizliyi həmişə milli səviyyədə təmin edilmir. Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Avropa Şurasına çox az üzv dövlət qəyyumlar üçün təlim verir”.
Sahibə Qafarova vurğulayıb ki, digər bir problem qəyyumların işinə nəzarətin yetəri səviyyədə olmamasıdır.
Deputat müşayiət olunmayan və miqrant uşaqların hüquqlarının müdafiəsini gücləndirmək üçün həll yollarından da danışıaraq qeyd edib ki, effektiv həll yollarından biri Avropada uyğun və effektiv qəyyumluq sistemini inkişaf etdirməkdir.
Bununla belə, sistemin tətbiqini müşahidə etmək üçün Avropa Şurasının müvafiq ekspertlər komitəsinin səlahiyyətlərini genişləndirmək vacibdir.
O, deyib:
“Bu, üzv dövlətlərə təlimatları tətbiq etməyə, ən yaxşı təcrübələri bölüşməyə, milli qəyyumluq sistemlərini gücləndirməyə və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək”.
Etikxeber.az