Azərbaycanlı hakim LASK – “Bazel” oyununu idarə edib – FOTO

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində LASK (Avstriya) – “Bazel” (İsveçrə) görüşünü idarə edib.

Etikxeber.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda Ə.Ağayev 35 kobudluq qeydə alıb.

Referimiz futbolçulara iki rəsmi xəbərdarlıq edib. O, hər komandadan bir oyunçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, LASK iki oyunu nəticəsinə görə (2:1, 3:1) pley-off mərhələsinə yüksəlib.

2015-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Rapid” (Avstriya) – “Dinamo” (Minsk, Belarus) oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü.

2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, UEFA Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.

Etikxeber.az

Read Previous

Sentyabrın 10-u Aşuradır

Read Next

Təhsil haqları ilə bağlı təhsil nazirindən rektorlara – TAPŞIRIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir