Bu ilin oktyabr ayı ərzində Bakı şəhərindəki 1, 2, 3, 4, 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə bağlı ümumilikdə 10 min 996 müraciət daxil olub.
SOCAR-ın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
Etikxeber.az