“Azəriqaz” bu dəfə – UCARLA ZƏRDABI QAZSIZ QOYACAQ

Sentyabrın 13-də saat 09:00-dan Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Bu müddət ərzində Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Etikxeber.az-a bildirilib ki, saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.

Etikxeber.az

Read Previous

Fransadan separatçılara növbəti açıq dəstək – XİN ETİRAZ ETDİ

Read Next

“Paşinyanın avantürist açıqlamaları…” – XƏLƏF XƏLƏFOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir