“Azəriqaz” havanın kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) gücləndirilmiş iş rejiminə keçir.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Etikxeber.az-a bildirib ki, qarşıdakı günlərdə qəza halları istisna olmaqla ölkənin qaz təsərrüfatında qaz təchizatının məhdudlaşdırılması istiqamətində hər hansı tədbirin həyata keçirilməsi nəzərdə tutulmur. Bunun üçün İB-nin təmir-tikinti idarəsinin işçi heyəti lazımi maşın, mexanizm, alət-avadanlıqlarla tam təmin edilib. Həmçinin 104 və 185 nömrəli “Çağrı Mərkəz”lərinin fəaliyyəti gücləndirilib.

“Havanın temperaturunun aşağı düşməsi əhalinin təbii qaza tələbatının artmasına səbəb olur. Bu artım nəzərə alınmaqla təbii qazın verilişi nisbətən artırılacaq. Ötən iki günlə müqayisədə respublika üzrə qaz sərfiyyatında 628 min kubmetr artım olub. Bundan sonra hava şəraitinə və əhalinin tələbatına uyğun olaraq təbii qaza olan tələbat artacaqsa, təbii qazın verilişi də artırılacaq”, – deyə o əlavə edib.

Qaza olan tələbatın artmasını nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi də xəbərdarlıq etdi…

Read Next

Millət vəkilləri qış tətilindən qayıtdı, komitə iclasları başladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir