“Azəriqaz”-ın iddiası: Yanvar ayı ərzində 31 çoxmərtəbəli binaya təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) bu ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 31 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1841 ailə yaşayır.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Etikxeber.az

Read Previous

Cani Primakovun xatirələri: Qorbaçova dedim ki, əməliyyata rəhbərlik edə bilməyəcəyəm…

Read Next

ABŞ-la əməkdaşlığımızın davam etməsini istəyirik – ƏLİ HƏSƏNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir