Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsinə hazırlıqla bağlı “Azərişıq” ASC seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır.
ASC-dən Etikxeber.az-a bildirilib ki, Bakı şəhəri və digər şəhər və rayon ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” ASC tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub.
Regional idarələrdə məsul cavabdeh şəxslər təyin edilərək səsvermə günündən əvvəl, səsvermə günü və sonrakı gün ASC-nin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün Rayon Enerji Təchizatı və Satışı İdarələri və elektrik şəbəkələri üzrə növbətçilik təşkil olunub.
Etikxeber.az