“Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir” – MM-İN KOMİTƏ SƏDRİ

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib.  

Etikxeber.az-ın məlumatına görə, MM-in bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı F. Muradov deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir:

“Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər”. 

Millət vəkili həmçinin, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib.

F. Muradov bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb:

“Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın”.   Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Polis müstəntiqlərinin sayı artırılsın” – ÇİNGİZ QƏNİZADƏ

Read Next

“17 nəfərin işsiz saxlamasına nə ehtiyac var?” – AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir