“Azərreyl”-“Dabrova Qornitsa” voleybol oyununun hakimləri açıqlandı

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, dekabrın 15-də Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edəcək. Görüşün baş hakimi serbiyalı İvan Lazareviç olacaq. Ona italiyalı həmkarı Stefano Cesare kömək edəcək.

Bakı təmsilçisinin Çempionlar Liqasının “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.

Etikxeber.az

Read Previous

Dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək – NAZİRLİK

Read Next

Avroliqanın final oyununun məkanı məlum oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir