“Azərsu”-nun 20,5 milyon manat vergi, 2,5 milyon manat əlavə borcu var – RƏSMİ

Bu gün Azərbaycanda  vergi ödəyicilərinin  1,527 mlrd manat  həcmində vergi borcu var.
Etikxeber.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin idarə rəisi Natiq Şirinov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan  vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 Onun sözlərinə görə, bu vergi borcları  dövlət və qeyri-dövlət müəssisələrinin payına düşür.
N. Şirinov deyib ki, ən əsas iri vergi ödəyicisi olan 7 müəssisənin  vergi borcu olmasa da, digər müəssisələrin əksəriyyətinin vergi borcu var.
“Məsələn “Azərsu” ASC-nin   20,5 milyon manat vergi borcu, 2,5 milyon manat isə maliyyə sanksiyası ilə bağlı yaranan əlavə borcu var”- deyə, N. Şirinov bildirib.
N. Şirinov əlavə edib ki,  vergi borclarına sanksiyalar tətbiq olunana amnistiya nəticəsində  624 milyon manatadək  vəsaitə güzəşt olunacaq.
“Amnistiyadan sonra isə dövlət və qeyri-dövlət müəssisələrinin  vergi  həcmi 900 milyon manat həcmində olacaq”- deyə, o, bildirib.
N. Şirinov deyib ki,  vergi borcunun silinməsi ilə bağlı güzəşt 44 min 700 müəssisəyə şamil ediləcək: 
“Vergi borcunun silinməsi respublika üzrə götürülərsə, fiaz dərəcələrinə görə güzəştlərin 288,3 milyon manatı Bakı şəhərinin, 98,5 milyon manatı isə regionların payına düşəcək”.
Etikxeber.az

Read Previous

“Vergi amnistiyası”nı nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olundu

Read Next

“Amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir