“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək-HƏLAK OLDULAR

Azərbaycanda jurnalistlər minaya düşüb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Nigar Etibar bildirib.

“Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!” – deyə, o, qeyd edib.

Etikxeber.az

Read Previous

MM-in növbədənkənar sessiyasının ilk iclası-İYUNUN 8-DƏ OLACAQ, 12 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK…

Read Next

XİN media mənsublarının Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı-MƏLUMAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir