Azərbaycan əhalisinin sayı 9 milyon 802 min nəfərə çatıb – RƏSMİ

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 96 min 400 nəfər və ya 1% artaraq 2016-cı il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 802 min nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ini şəhər, 46,9%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Cari ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146 min 600, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəmlərdir.

Cari ilin yanvar-noyabr ayları ərzində ölkədə 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib.

Qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 3104 nəfər gələn və 1709 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1359 nəfər təşkil edib.

Etikxeber.az

Read Previous

Nazir: Azərbaycan ordusu hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir

Read Next

Avtomobildə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir