“Azərbaycan ərazisində kilsələrin taleyi ilə bağlı narahatlığın ifadə edilməsi xalqımıza qarşı ən azı hörmətsizlikdir”-“MÜSAVAT”-DAN ETİRAZ

Azərbaycan ərazisində kilsələrin taleyi ilə bağlı narahatlığın ifadə edilməsi xalqımıza qarşı ən azı hörmətsizlikdir. Biz ərazisində başqa dinlərə aid olan məbədləri dağıdıb, etnik təmizləmə aparıb, monoetnik cəmiyyət yaradan ermənilərdən fərqli olaraq həmişə digər dinlərə mənsub olan məbədlərə hörmətlə yanaşmışıq.

Etikxeber.az xəbər verir ki, bunu mətbuat üçün açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, qeyd edib ki, Azərbaycan müxtəlif dillərə, dinlərə, fərqli mədəniyyətə malik olan bir çox millətlərin və etnik qrupların ana vətənidir. Bakı şəhərində, Gəncədə, Qubada, Şamaxıda, Qəbələdə, Qaxda, Zaqatalada, başqa şəhər və rayonlarımızda çoxsaylı kilsələr, sinaqoqlar qorunur, bir çoxu fəaliyyət göstərir, yeniləri tikilir. Bakının mərkəzində erməni kilsəsi var. Bu kilsə, hətta bütün soydaşlarımız qətllərlə müşaiyət olunan vəhşiliklə Ermənistan və Azərbaycan ərazilərindən qovularkən, 10 minlərlə şəhidimizin, milyonadək qaçqın- köçkünümüzün olduğu, Xocalı soyqırımının törədildiyi zamanlarda dağıdılmayıb.

“Həm kilsə, həm də orada olan qədim kitabxana dövlət tərəfindən qorunur. Bu gün yalnız Bakı şəhərində 10 mindən çox erməni millətinə aid Azərbaycan vətəndaşı yaşayır.

Azərbaycan dünyanın ən multikultural dövlətlərindən biridir.

Azərbaycan millətindən, dinindən, irqindən asılı olmayaraq ərazisində yaşayıb, Konstitusiyayasını qəbul edən, qanunlarına tabe olan hər bir xalqın, hər bir vətəndaşının təhlükəsizliyini, vicdan azadlığını təmin etməyə qadir olan ölkədir.

Azərbaycan hər hansı kənar müdaxilə, “sülhməramlı missiya” olmadan 30 ilədək işğal altında qalmış ərazilərimizi dirçəltmək, orada olan bütün şəhərləri, kəndləri, tarixi və dini abidələri qorumaq, bərpa etmək, yerli əhalinin təhlükəsizliyini təmin etmək gücündədir. Bu həqiqət hər yerdə, bütün tribunalardan qətiyyətlə, təkrar-təkrar, eşidilənədək bəyan edilməlidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə-BAŞLADI – FOTOLAR

Read Next

Musa Urud bu dəfə-“SALAM, KƏLBƏCƏR!” DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir