Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımır-XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, bəyanatda bildiilir ki, XİN Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır:

“XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.

Etikxeber.az

Read Previous

MM-in Regional məsələlər komitəsi: ZAHİD QARALOV, ARİF RƏHİMZADƏ, MAKSİM MUSAYEV, FƏTTAH HEYDƏROV, AYNUR SOFİYEVA, FƏZAİL İBRAHİMLİ, SİYAVUŞ NOVRUZOV, ELŞƏN MUSAYEV…

Read Next

İki dövlət Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakdan-İMTİNA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir