Azərbaycan-Almaniya milli komandalarının oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyununun hakimləri məlum olub.

Etikxeber.az xəbər verir ki, qarşılaşmanı italiyalı referi Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi isə Marko Quida olacaq.

2010-cu ildən beynəlxalq dərəcəli FİFA hakimi statusu alan D.Orsato 2015-ci ildən UEFA-nın elit hakimlər kateqoriyasına daxil olub. O, indiyədək 50 beynəlxalq görüş idarə edib. Bundan əvvəl Almaniya komandasının oynadığı iki matçı idarə etmiş italiyalı referi Azərbaycan yığmasının iştirakı ilə keçirilən qarşılaşmada ilk dəfə baş hakim funksiyasını yerinə yetirəcək.

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirildi – FOTO

Read Next

NATO sammiti mayda Brüsseldə keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir