“Əks halda, ermənilər ağır nəticələrlə qarşılaşacaqlar…”- XƏLƏF XƏLƏFOV – YENİLƏNİB

Sentyabrın 22-də Milli Məclisdə (MM) “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı konfrans öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, konfrans MM, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə Komitəsi, Əhali və İnkişaf üzrə Avropa Paralamenti Forumunun və BMT-nin Azərbaycandakı səfirliyi tətəfindən təşkil edilib.

Konfransda çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki,  Azərbaycan Avropa İttifaqının etibarlı tərəfaşıdır və ölkəmiz bu qurumla qarşılıqlı hörmətə dayanan əməkdaşlığa önəm verir.

Onun sözlərinə görə, Azərbaycanın icraçısı olduğu 20-yə yaxın layihə Avropa İttifaqına üzv olan dövlətlərin enerji və nəqliyyat məsələləri ilə bağlı təhlükəsizliyində mühüm rol oynayacaq.

***

O, həmçinin  bildirib ki, bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının 5-də birini işğal edib:

“Bu ölkənin apardığı təcavüz  siyasəti və etnik təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyi üçün heç nə  edə bilməyib. Aİ işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionun sosial tərəqqiyə, iqtisadi inkişafına təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək”. 
Etikxeber.az 

Read Previous

“Bizim imkanlarımız, resurslarımız imkan verir ki…” – MM SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Read Next

“Elə bir dövlət sənədi yoxdur ki, o gender ekspertizasından keçməsin…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir