“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

Respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi  gucləndirilmiş iş rejimində çalışır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Etikxeber.az-a bildirib ki, hava şəraiti ilə əlaqədar sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alınmayıb. Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib.

Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə – yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

Etikxeber.az

Read Previous

Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq – “AZƏRİQAZ”-ın VƏDİ

Read Next

Azərbaycan artıq Cənubi Qafqazın İsveçrəsi rolunu oynayır – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir