“Azərbaycan dövləti. Azərbaycan Ordusu, güclənmiş, təşkilatlanmış Azərbaycan disporu öz sözünü dedi, ermənilərə, Ermənistana, erməni lobbisinə öz gücünü, qətiyyətini, nələrə qadir olduğunu və ola biləcəyini nümayiş etdirdi…”-KAMİLƏ ƏLİYEVA YAZDI

İşğalçı və təcavüzkar ölkə bütün cəbhələrdə artlq Azərbaycana açıq-aşkar uduzur.

Bu məğlubiyyət, bu uğursuzluq xüsusilə də, “Valday”dan, Aşqabad Sammitindən,Türk Şurası və Qoşulmama Hərəkatının möhtəşəm Bakı Zirvələrindən, Münxen Təhlükəsizlik Konfransı və “Şərq Tərəfdaşlığı”nın sonuncu toplantısından sonra da sürətlənib.

Ermənilər, Ermənistan dalbadal sarsıdıcı, ölümcül siyasi-diplomatik zərbələr almaqdadır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində törədilən növbəti qanlı təxribatdan və fitnəkarlıqdan sonra isə ermənilərin, Ermənistanın hər mənada çöküşü başlayıb.

Azərbaycan Ordusu və Azərbaycan dövləti tərəfindən böyük itkilər verdirilərək, geri oturdulan, çox layiqli cavabını alan düşmən ölkədə əsl siyasi-iqtisadi-hərbi xaos, anarxiya yaşanmaqdadır.

Hətta illərdir arxalarında dayanan və Azərbaycan üzərinə hücum əmri veriən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər belə onların köməyinə yetişə bilmir.

12-14 iyul məğlubiyyətindən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döyüdükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi.

Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi və göstəricisi oldu.

Çünki KTMT artıq Ermənistanın oyununa, təxribatına gələ bilməzdi.

Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, müttəfiqləridir və bu, hər kəsə də məlumdur.

Onlar Azərbaycan əleyhinə olan heç bir addıma gedə bilməzdilər və getmədilər.

Ermənilər, Ermənistan, onların havadarları bununla növbəti siyasi-diplomatik zərbələrini almış oldular.

Son çarə illərdir, yüz illərdir təxribatlarla, yalan-böhtan istehsalı ilə məşğul olan, hər yerdə terror havası əsdirən erməni lobbisi və diasporu idi ki, Ermənistan, təxribatçı, fitnəkar, avantürist Paşinyan hakimiyyəti bu gözləntisində də istədiyinə nail ola bilmədi, əksinə, daha da rəzil və bərbad duruma düşdü.

Ermənistanın son təxribatına və fitnəkarlığına qarşı yaşadıqları ölkələrdə ayağa qalxan vətənsevər soydaşlarımız, həmvətənlərimiz çox güclü və təsirli etiraz aksiyaları keçirdilər.

Bu zaman həm Ermənistan, həm də Ermənistanı idarə və himayə edən dairələr tərəfindən dirijor çubuğu ilə hərəkətə gətirilən faşist, terroist düşüncəli, nasist ruhlu erməni lobbisi, erməni diasporu soydaşlarımıza, həmvətənlərimizə qarşı çox alçaq və murdar addımlara, təxribatlara əl atdılar, açıq-aşkar güc, zor tətbiq etməkdən, terror havası yaşatmaqdan çəkinmədilər.

Bununla da əslində bir daha öz əsl mürtəce simalarını, ic izlərini, mahiyyətlərini nümayiş etdirdilər.

Nümayiş etdirdilər ki, nə Ermənistanda, nə də xaricdə yaşayan ermənilər, erməni lobbisi və disporu üçün dəyişən heç nə yoxdur. Onlar heç zaman faşist, terrorist düşüncələrindən, fitnəkar addımlarından əl çəkməyiblər və əl çəkəsi də deyillər.

Amma gündən-günə iflasa uğrayan erməni lobbisi də, onun arxasında dayanan Ermənistan və digər güc mərkəzləri də yenə istədiklərinə nail ola bilmədilər. Soydaşlarımızın, həmvətənlərimizin son dərəcədə yüksək təmkini, soyuqqanlılığı sayəsində növbəti təxribatın, növbəti fitnəkarlığın da qarşısı alındı, “ikinci Sumqayıt” ssenarisinin, təxribatının baş tutmasına imkan verilmədi.

Bundan sonra isə Paşinyan hökuməti daha da sarsılmış durumla üzləşdi və atılan isterik addımlar da bir daha bunun göstəricisidir.

Bir daha Azərbaycan dövləti. Azərbaycan Ordusu, həmçinin, güclənmiş, təşkilatlanmış Azərbaycan disporu öz sözünü dedi, ermənilərə, Ermənistana, erməni lobbisinə öz gücünü, qətiyyətini, nələrə qadir olduğunu və ola biləcəyini nümayiş etdirdi.

Artıq “erməni lobbisi mifi” də darmadağın oldu və bundan sonra da özünə gələ bilməyəcək, buna imkan verilməyəcək!!!

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri

19:30

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları-MƏLUM OLDU

Read Next

Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi yumşaldılır-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir