“Azərbaycan güclü dövlətdir və onun istənilən zaman düşmənə sarsıdıcı zərbələrlə cavab vermək iqtidarında olan qüdrətli ordusu var”-FATMA YILDIRIM

26 iyun – dövlətimizin əsas sütunu, suverenliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olan Silahlı Qüvvələr günüdür. Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ümummilli liderimizin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə maddi-texniki bazasının daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Uğurlu ordu quruculuğunun davamı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə son illər ordumuz düşmən üzərində tam hərbi üstünlüyə malik olduğunu sübut edib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

Qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindəki şanlı hərbi qələbəmiz də təsdiqlədi ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

“Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan güclü dövlətdir və onun istənilən zaman düşmənə sarsıdıcı zərbələrlə cavab vermək iqtidarında olan qüdrətli ordusu var. Əminəm ki, dövlətimizin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq tezliklə işğal edilmiş torpaqlarımız azad ediləcək və bu günü əzəli Qarabağ diyarımızda təntənəli şəkildə qeyd edəcəyik!Vətənin keşiyində dayanan bütün hərbi qulluqçularımızı təbrik edir, hər birinizə müqəddəs və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Əgər kimlərsə xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam edərsə…”-ELDƏNİZ SƏLİMOV

Read Next

Pərviz Həşimli yeni Baş prokurora-MÜRACİƏT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir