Azərbaycan ilə Çexiya arasında hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək

Yanvarın 18-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

“Ölkələrimiz arasında siyasi əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Çexiya strateji tərəfdaşlardır. Biz iqtisadi əlaqələrin də inkişafında maraqlıyıq, eyni zamanda, turizm sahəsində əlaqələri inkişaf etdirə bilərik. Biz Çexiyanın tələbatını araşdırmışıq və Azərbaycanın bu istiqamətlər üzrə ixrac potansialını müəyyən etmişik. Azərbaycan iş adamlarının marağı olacağı təqdirdə Çexiyaya ixrac missiyası təşkil oluna bilər” – deyə, nazir qeyd edib.

Etikxeber.az

Read Previous

“Ermənistan rəhbərliyi aprel döyüşlərindən nəticə çıxarmasa…” – DEPUTAT

Read Next

“Azərbaycan marşrutu İran üçün etibarlı və təhlükəsiz istiqamətdir” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir