Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir – FOTO – YENİLƏNİB

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

Etikxeber.az xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

***

“Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik”.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov  birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub:

“Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndilirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür”

Etikxeber.az

Read Previous

“Bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir” – DEPUTAT – FOTO

Read Next

Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini bəyan etdi – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir