Azərbaycan İrs Komitəsinin sessiyasına da uğurlu ev sahibliyi edəcək – RƏY(LƏR)

Deputatlar sessiyanın Azərbaycanda keçirilməsini  və dövlət başçısının sərəncamını Azərbaycan həqiqətlərinin dünyada  yayılması istiqamətində daha bir fürsət hesab edirlər

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev bugünlərdə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.

“Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş və təşkilatın fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə edib”-deyə, sərəncamda bildirilir.Sonra qeyd edilir ki, Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

yunesko

axc-ilham

mehri-harb

Onu da xatırladaq ki, Azərbaycan 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub.1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident, birinci ledi Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb. Məlumat üçün onu da bildirək ki, M. Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və UNESCO – Azərbaycan əlaqələrinin inkişafı naminə göstərdiyi xidmətlər nəticəsində ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Həmçinin, xatırladaq ki, Azərbaycan muğam sənəti hələ 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib. Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başlayıb. Xüsusilə M. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb olub. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib, artıq neçə illərdir Qəbələdə beynəlxalq musiqi festivalı keçirilir. Sonuncu – X Qəbələ Beynəlxalq Musiqi Festivalı isə bu ilin avqustun 7-də uğurla başa çatıb və sair. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan mədəniyyətinin inkişafı naminə atılan bu addımlar qarşılıqsız, cavabsız, müsbət reaksiyalarsız qalmır.

Bu baxımdan, bəs görəsən, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizə nələr verə bilər?

Bununla bağlı Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov YUNESKO-nun Ümumdünya İrs Komitəsinin  adıçəkilən qurumun 43-cü sessiyasının  Bakı şəhərində keçirilməsi  barədə qərarını və bununla bağlı dövlət başçısının son sərəncamını çox yüksək qiymətləndirib.

O, qeyd edib ki, belə bir qərarın verilməsi YUNESKO kimi mötəbər bir qurumun Azərbaycana etibarının və etimadının ifadəsidir, eyni zamanda, dövlət başçısının məlum sərəncamı Azərbaycanın bütün beynəlxalq qurumlara əməkdaşlığa, tərəfdaşlığa necə böyük önəm verməsinin əyani nümunəsidir.

Komitə sədrinin dediyinə görə, YUNESKO ilə əlaqələrin, münasibətlərin inkişafında ölkənin birinci vitse-prezidenti, həmin qurumun, eləcə də, İSESKO-nun xoşməramlı səfiri M. Əliyevanın xidmətləri, zəhmətləri əvəzsizdir, müstəsnadır:

“Məhz bu qurumla yüksək əməkdaşlıq əməkdaşlıq sayəsində 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti və milli bayramımız olan Novruz Bayramı,  2010-cu ildə xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Çövqan oyunu, 2014-cü ildə kəlağayı, 2015=ci ildə Lahıc misgərlik sənəti,  2016-cı ildə lavas, 2017-ci ildə isə dolma və kamança Qeyri-maddi Mədəni İrs siyahısına salınıb. Bunlar böyük uğurlardır. Çünki bir çoxları, o cümlədən, məkrli qonşularımız illərdir az qala bu sənət, mədəniyyət, milli mətbəx nümunələrimizi öz adlarını çıxırdılar.Ancaq Azərbaycan dövlətinin, o cümlədən, birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti, misilsiz xidmətləri nəticəsində erməni yalanları ifşa edildi, puça çıxarıldı və ədalət bərpa olundu. Dünya gördü və bildi ki, əsl həqiqət necədir və kimin tərədfindədir”.

Millət vəkili təmsil olunduğu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) da dəfələrlə bu yöndə, qeyri-maddi mədəni irs məsələləri ilə bağlı müzakirələrin açıldığını, özünün də dəfələrlə həmin müzakirələrdə çıxışlar, məruzələr etdiyini xatırladıb.Bildirib ki, indi belə bir toplantının Azərbaycanda keçirilməsi vaxtında, zamanında atılan addımdır və ölkəmizə verilən növbəti dəyərdir.

raf-rafa

govher x shekil son

Adıçəkilən komitənin üzvü, akademik Gövhər Baxşəliyeva da həm belə bir tədbirin Azərbaycanda keçirilmə qərarının verilməsinin, həm də ölkə prezidentinin bu məsələ ilə bağlı sərəncamının çox təqdirəlayiq olduğunu, hər kəs tərəfindən alqışlandığını bildirib:

“Azərbaycan son 25 ildə, o cümlədən, ölkə prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə çox böyük inkişaf yolu keçib. Ölkəmiz dünyanın lider dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın həm milli, həm dini tolerantlıq məkanı, həm də siyasi, iqtisadi, humanitar dialoq mərkəzidir. Ölkəmiz bu illər ərzində dünyanın bir çox nüfuzlu humatinar, siyasi, iqtisadi forumlarına, musiqi və idman yarışlarına uğurlu və layiqli ev sahibliyi edib. Təbii ki, bu işlərdə, bu məsələlərdə də ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva müstəsna rol oynayıblar. Onların xidmətləri əvəzsizdir. Məhz onların yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri sayəsində bunlara nail olunub. İndi YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı məlum sərəncamın imzalanması da məhz bu addımların məntiqi davamı və tərkib hissəsidir. Hesab edirəm ki, Azərbaycan bu nüfuzlu təbirə də yüksək səviyyədə evsahibliyi edəcək, özünün dünyadakı yerini və nüfuzunu bir qədər də artıracaq, gücləndirəcək”.

G. Baxşəliyeva öz növbəsində deyib ki, qeyri-maddi mədəni irslə bağlı məsələlər çox mühüm məsələlərdir:

“Onlar xalqımızın həm keçmişi, həm tarixi, həm də bugünüdür. Zaman-zaman tariximizə, ədəbiyyatımza, mədəniyyətimizə, klassiklərimizə, milli-mənəvi dəyərlərimizə sahiblənmək, yiyələnmək istəyiblər. Xüsusilə də, qonşu xalqlar, o cümlədən, torpaqlarımızı hələ də işğal altında inlədən ermənilər… Onlar haqsız və əssasız yerə həm muğamımıza, həm aşıq sənətimzə, həm kamanımıza iddia ediblər, “özlərininkiləşdirmək” istəyiblər və bunun üçün heç nədən, tarixi, həqiqətləri saxtalaşdrmaqdan, yalanlar uydurmaqdan əl çəkməyiblər. Bəzən zaman-zaman müvəqqəti olsa da, buna nail ola, dünyanı öz yalanlarına inandıra bilibləır. Amma Azərbaycan dövlətinin xüsusilə, son illərdə apardığı gərgin iş, fəaliyyət sayəsində həqiqət, ədalət bərpa olunub, həmin sənətlər Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb. Amma düşmən hər zaman fürsət gözləyir və onlara da bu fürsəti bir daha vermək olmaz. Bu baxımdan hesab edirəm ki, 43-cü sessiyanın ölkəmizdə keçirilməsi Azərbaycanın uğuru ilə yanaşı, Azərbaycan həqiqətlərinin bir daha dünyaya nümayişi olacaq”.

Etikxeber.az

Read Previous

XANƏGAH MƏSCİDİ AH ÇƏKİR… – Şikayət- FOTOLAR

Read Next

İlham Əliyev Devin Nunesi qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir