Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib…

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

Etikxeber.az bildirir ki, APA-nın “dunyanews.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“TARİX YARATMIŞ FƏDAKARLAR…” – Akademik

Read Next

“Böhran ölkələrin iqtisadi durumunda özünü bəzi mənfi tendensiyalarla göstərir” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir