“Azərbaycan konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirir”- MURADOVA

“Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir və bu məsələ ölkə qanunvericiliyində daim diqqətdədir”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.

B. Muradova qeyd edib ki, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib:

“Azərbaycanın bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycan həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycanın UNICEF-lə əməkdaşlığı ötən illərdə getdikcə daha da inkişaf edib”.  

Etikxeber.az

Read Previous

GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edildi

Read Next

UNİCEFcinayət törədən uşaqlar üçün cəza müddətinin azaldılmasını təklif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir