Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində-İLK XALINI QAZANDI…

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

Etikxeber.az xəbər verir ki, sentyabrın 4-də millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olub

Dublin şəhərindəki “Aviva” stadionunda keçirilən görüşdə İrlandiya yığmasının start heyətində Qavin Bazunu, Şeymus Koulman, Şeyn Daffi, Con Eqan, Joş Kullen Mett Doerti, Ceyson Molumbi, Jayson Molumby, Aaron Connoly, Troy Parrot Adam İdah yer alıblar.

Azərbaycan miııisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Maksim Medvedev, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Qara Qarayev, Toral Bayramov, Mahir Emreli, Filip Ozobiç Namik Ələskərov çıxıblar.

Fransadan olan FIFA referisi Jerom Brisarın idarə etdiyi oyunda qalib müəyyənləşməyib – 1:1. İlk hissəyə əlavə olunmuş vaxtda futbolçumuz Emin Mahmudov baxımlı qola imza atıb. Matçın 87-ci dəqiqəsində İrlandiya millisinin üzvü Şeyn Duffi hesabı bərabərləşdirib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

Komandamız hazırda 1 xalla 4-5-ci yerləri bölüşür.

Yığmamız növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya seçməsinə qarşı keçirəcək.

Etikxeber.az

Read Previous

Daha 3305 yeni yoluxma-DAHA 40 ÖLÜM…

Read Next

Şəhidimizin ilinə bir ay qaldı-4 MEDALLI CƏMİL HƏŞİMLİNİN ŞƏHİDLİYİNDƏN 11 AY KEÇİR…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir