Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Etikxeber.az-ın məlumatına görə, martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb.

Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə qalxıb. Millimiz 4 komandanı – Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya (95-ci yerdən 80-ci pilləyə) və Boliviyanın (97-ci yerdən 74-cü pilləyə) sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.

Millimiz və “qonşular”ı

83 (66). Benin – 396

84 (78). Konqo – 392

84 (87). Qabon – 392

86 (81). Norveç – 387

87 (89). Azərbaycan – 386

88 (98). Svazilend – 378

89 (84). Qətər – 369

90 (106). Mavritaniya – 366

91 (92). Liviya – 361

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentina 1 illik liderliyi əldən verib. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.

İlk “onluq”

1 (2). Braziliya – 1661

2 (1). Argentina – 1603

3 (3). Almaniya – 1464

4 (4). Çili – 1403

5 (7). Kolumbiya – 1348

6 (6). Fransa – 1294

7 (5). Belçika – 1281

8 (8). Portuqaliya – 1259

9 (11). İsveçrə – 1212

10 (10). İspaniya – 1204

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Yığmamızı yenən Almaniya mövqeyini qoruyub. Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. Bu mövqe Norveç futbol tarixinin antirekordudu. Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1464

26 (35). Şimali İrlandiya – 823

46 (42). Çexiya – 679

86 (81). Norveç – 387

204 (203). San-Marino – 12

Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 863 xal var.

Etikxeber.az

Read Previous

Məktəbəqədər təhsil müəssisələrinə ali təhsilli kadrlar rəhbər təyin olunmalıdır – KOMİTƏ SƏDRİ – YENİLƏNİB -3

Read Next

Əliyevlə xanımı 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi ilə tanış oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir