Azərbaycan millisinin futbolçusunun “Albasete” klubuna keçidi rəsmiləşdi

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İspaniya çempionatının I Divizonunda çıxış edən “Albasete” klubuna keçidi rəsmiləşib.

Etikxeber.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə dördillik müqavilə bağlanıb.

“Albasete”nin onun 2020-ci ilin iyulunadək müqaviləsi olduğu “Alkorkon”a ödədiyi təzminatın məbləği açıqlanmır.

Eddi İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən transfer olunub. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib. Millimizin futbolçusu daha əvvəl İspaniyanın digər təmsilçiləri – “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” klublarının formasını geyinib.

Qeyd edək ki, Eddi İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.

Etikxeber.az

 

Read Previous

Çempionlar Liqası: III təsnifat mərhələsinin oyunları – BU GÜN

Read Next

28 türkiyəli zəvvar vəfat etdi – HƏCC ZİYARƏTİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir