Azərbaycan millisinin voleybolçusu karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək.

Etikxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, ötən il “Bursa Böyükşəhər Bələdiyyəspor” klubunun əvəzedici komandasına transfer olunan hücumçu bu mövsüm Superliqada oynayacaq.

Belə ki, 18 yaşlı milliləşən voleybolçu Bursa təmsilçisinin əsas komandası ilə razılıq əldə edib. Hazırda Uludağ Universitetində oxuyan Başnakova ən azı 2016/2018 mövsümünü burada keçirəcək. O, yeni komandasına 12 nömrəli formanı seçib.

“Bursa Böyükşəhər Bələdiyyəspor” isə ölkə çempionatından sonra 4 xalla 4-cü yerdədi.

Qeyd edək ki, əslən Belarusdan olan 179 sm boya malik Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”a “Azərreyl”in ikinci komandasından yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın əsas voleybolçusudu.

Etikxeber.az

Read Previous

Bağlanan 10 bankın əmanətçilərinə 643 milyon manatadək kompensasiya ödənildi

Read Next

Dərman istehsalı zavodu noyabr ayının ortalarında açılacaq – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir