Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa-SƏFƏR EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat adıçəkilən qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Etikxeber.az xəbər verir ki, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və   digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

 Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Etikxeber.az

Read Previous

“Sosial müdafiəyə ehtiyacı olan insanlar üçün məşğulluqla bağlı qanunda 5 faizlik kvota müəyyənləşdirilib ki, həmin kateqoriyaya-kvotaya şəhid ailələrinin üzvləri də daxil edilir…”-MUSA QULİYEV – TURİZMLƏ, XEYRİYYƏÇİLİKLƏ BAĞLI LAYİHƏLƏRİN MÜZAKİRƏSİ VƏ DİNLƏMƏLƏRİN KEÇİRİLMƏSİ DƏ NƏZƏRDƏ TUTULUR – FOTOLAR

Read Next

Daha 162 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir