“Azərbaycan onu istəməyənlərin qarsına hər dəfə daha güclənmiş şəkildə çıxır” – DEPUTAT – FOTOLAR

11 aprel 2018-ci il tarixində müdrik Azərbaycan xalqı, qəbirbilən Azərbaycan seçicisi  növbəti dəfə öz düzgün və doğru seçimini etdi.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri, məşhur “91-lər”dən olan Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, professor Eldar İbrahimov deyib.

sec-ilham

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti hakim  YAP-ın prezidentliyə namizədi- ölkə Prezidenti İlham Əliyevə səs verməklə, özlərinin, eləcə də, Azərbaycanın uğurlu, təhlükəsiz, sabit gələcəyinə, gələcək inkişafına öz dəstəklərini bir daha ifadə etmiş oldular:

“Çünki bunun əksini, müdrik, yetkinləşmiş, mətinləşmiş  Azərbaycan seçicisinin başqa seçim edəcəyini düşünmək özü yanlışlıq, ədalətsizlik olardı. Azərbaycan xalqı, Azərbaycan seçicisi öz seçimini hələ səsvermə günündən xeyli əvvəl etmişdi. Prezidentliyə namizədimiz cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü kimi, proses başlanandan bir çox bölgələrdə, tədbirlərdə iştirak etmiş və  insanların, seçicilərin ölkə Prezidentinə olan səmimi sevgi və məhəbbətlərinin, dəstəklərinin şahidi olmuşdum. Bütün görüşlərdə, çoxsaylı tədbirlərdə insanlar heç bir kənar təsir, müdaxilə olmadan İlham Əliyevə öz dəstəklərini ifadə edir, 11 apreldə də bu dəstəklərini bir daha öz səsləri, imzaları ilə təsdiqləyəcəklərini vurğulayırdılar. Onlar İlham Əliyevdən başqa seçim olmadığını, ümumiyyətlə, Azərbaycanda ona rəqib, alternativ ola biləcək ikinci bir şəxs görmədiklərini bəyan edirdilər. Odur ki, 11 aprel seçkilərtində də qədirbilən Azərbaycan seçicisi öz sözünün arxasında dayandı, Heydər Əliyev siyasətinin layiqli davamçısı, 15 illik hakimiyyəti dövründə  də misilsiz və müstəsna uğurlara, nailiyyətlərə, zəfərlərə imza atmış İlham Heydər oğlu Əliyevə səs verdi”.

bahar-yap-2

bahar-yap-3

eldar-yap
Seçkilərin, səsvermə prosesinin də açıq, ədalətli, şəffaf, demokratik, heç bir təzyiq və müdaxilə olmadan keçirildiyini bildirən E. İbrahimov 11 aprelin Azərbaycan tarixinə növbəti demokratiya təntənəsi, demokratik seçim zəfəri kimi düşdüyünü bildirib:

“Seçkilər prosesi başlayan gündən son-səsvermə gününəcən demokratik mühitdə keçdi. Ölkədə əsl seçki mühiti vardı və seçkilərin demokratikliyini təmin etmək üçün gərəkən, tələb olunan nələr varsa, hamısı  yaradılmış, təşkil olunmuşdu. Hər bir namizədə özünü Azərbaycan seçicisinə təqdim etmək, öz fikir və mülahizələrini bölüşmək, platformalarını  çatdırmaq üçün hər çür şərait yaradılmışdı. Yəni, kimsənin seçki mühitindən şikayətlənməyə, narazılıq etməyə əsası və haqqı yox idi. Özü də Azərbaycan iqtidarı, ölkə hakimiyyəti bu mühiti, demikratik seçki yarışmasını kimlərinsə təzyiqi və diktəsi ilə deyil, öz iradəsi və istəyi ilə reallaşdırmışdı. Çünki demokratiya, demokratik seçim bizim öz könüllü seçimimizdir. Azərbaycan, ölkə iqtidarı heç zaman təzyiq, diktə ilə oturub-durmayıb, addım atmayıb və bundan sonra da atmayacaq. Bunu da hər kəs birdəfəlik  bilsin, dərk və qəbul etsin. Bizə zor, təzyiq, təhdid, diktə keçməz. Ona görə də hamıdan öncə Azərbaycan iqtidarı seçkilərin demokratik və ədalətli keçməsində maraqlı idi və yuxarıda da vurğuladığım kimi, demokratik seçki üçün nələr lazımdırsa, onu da etmişdi. Səsvermə proses, səsvermə günü də bunun bir daha əyani təsdiqi oldu. Azərbaycan 11 aprel tarixində növbəti demokratiya təntənəsi yaşadı, demokratiyaya, azad dünyaya doğru daha bir inamlı addım atdı”.

Seçkilərdən sonra bir sıra qurumların, o cümlədən, vaxtllə Azərbaycanı təmsil etdiyi ATƏT Parlament Asasambleyasının (PA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və AŞPA-nın seçki müşahidə missiyalarının mənfi ruhlu hesabatlar verməsinə toxunan E. İbrahimov bunların qəbuledilməz və yolverilməz olduğunu vurğulayıb.

eldar-2

Komitə sədri deyib ki, həmin qurumların prezident seçkiləri  ilə bağlı rəyləri, hesabatları heç bir halda gerçəkliyi və obyektivliyi əsk etdirmir.

E. İbrahimovun bildirdiyinə görə, təqdim olunan hesabatlar şəffaf və demokratik qaydada keçirilən seçkilərin nəticələrinə kölgə salmağa xidmət edir.

“Mən uzun illər Azərbaycanı Milli Məclisin nümayəndə heyətinin üzvü kim ATƏT PA-da təmsil etmişəm. Orada baş verənlərdən və yaşananlardan, dövlətlərə, xalqlara necə münasibət olmasından daha çox məlumatlıyam, daha çox  bələdçiliyim var. Düzdür, bu qurumda və adları çəkilən digər qurumlarda Azərbaycanı istəyən, ona dəstək verəın insanlar da az deyil, amma bununla belə, həmin təşkilatlarda anti-Azərbaycan mövqeyində olan insanlar da hər zaman olublar, var və bundan sonra da olacaqlar. Onların məqsədləri, niyyətləri kimsəyə sirr deyil. Onları müstəqil, güclü , demokratik Azərbaycan  düşündürmür, əksinə,  onlar Azərbaycanı zəif, gücsüz, “üçüncü dünya dövləti” kimi görmək arzusu ilə alışıb-yanırlar. Ancaq hər dəfə də arzuları gözlərində qalır, niyyətləri çin olmur, Azərbaycan daha da güclənmiş, daha da demokratik şəkildə onlar qarşısında dayanır”-deyən, E. İbrahimov bu baxımdan hesab edir ki, istər ATƏT PA-nın, istər ATƏT DTİHB-in, istətrsə də AŞPA-nın hesabatlarını  çox da ciddiyə almaq lazım deyil, onlar ikili standartların növbəti “təcəssümüdür”:

“Onu da deyim ki, seçki prosesi bir çox beynəlxalq müşahidəçilər tərəfindən izlənib  və onların rəyi olduqca müsbətdir. Onların da qəti mövqeyi və rəyi belədir ki, Azərbaycanda 11 aprel prezident seçkiləri demokratik, şəffaf, ədalətli keçib. Buna görə də hansısa qurumun və ya qurumların seçki prosesi haqqında mənfi fikirlər söyləməsi yalnız qərəzli yanaşma kimi qəbul edilməlidir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkili dünyasını dəyişdi – DƏFN EDİLDİ – YENİLƏNİB

Read Next

Trampı inandırdıq, türkləri də ruslardan ayırdıq – MAKRON

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir