Azərbaycan Ordusu 102 yaşını-QEYD EDİR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Bayramınız mübarək olsun!

Etikxeber.az

Read Previous

“Bunlar həm də dövlətin, dövlət başçısının özünə güvəninin və inamının təsdiqidir”-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ XANIMIN SON SƏFƏRLƏRİNDƏN YAZI

Read Next

“Ali Baş Komandanın qeyd etdiyi kimi, bu gün cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir və…”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir