Azərbaycan Ordusu bütün cəbhə boyu-ƏKS-HÜCUM ƏMƏLİYYATINA BAŞLADI – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yeni məlumatında bildirilir.


“Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər. Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır. Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir”-deyə, məlumatda sonra bildirilir.

Etikxeber.az

Read Previous

“Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”-PREZİDENTİN KÖMƏKÇİSİ CƏBHƏDƏ VƏZİYYƏTİN YENİDƏN GƏRGİNLƏMƏSİ İLƏ BAĞLI BƏYANAT YAYDI

Read Next

Ölkə üzrə internetin verilməsi-MƏHDUDLAŞDIRILDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir