“Azərbaycan ordusu dünyanın ən güclü ordusudur”-BAHAR MURADOVA- VİTSE-SPİKER SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ, APREL ŞƏHİDLƏRİ ANLDI- FOTOLAR

BAHAR MURADOVA: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclənən ordumuz bu gün işğalda olan bütün torpaqlarımızı ən qısa müddətdə düşmən tapdağından azad etməyə qadirdir 

Milli Məclis (MM)  Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri  Bahar Muradova Füzuli rayonunun  Əhmədbəyli, Mahmudlu və Yağlıvənd kəndində rayon  rəhbərliyinin və aidiyyatı orqanların rəhbərlərinin iştirakı  ilə  seçicilərlə görüş keçirib.

Etikxeber.az xəbər verir ki, görüş aprel zəfərini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

B.Muradova  bütün xalqımızı və Füzuli sakinlərini şanlı zəfər tariximizin 3-cü ildönümü münasibəti ilə təbrik edib.

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclənən ordumuzun bu gün işğalda olan bütün torpaqlarımızı ən qısa müddətdə düşmən tapdağından azad etməyə qadir olduğunu bildirib.

Aprel zəfərinin bunun bir daha bizə əyani sübutu olduğunu deyən B. Muradova qeyd edib ki, Azərbaycan ordusu dünyanın ən güclü və ən yaxşı silahlarla təchiz olunmuş ordusu sıralarındadır.

Daha sonra çıxış edən rayon sakinləri, bu qələbəni onlara yaşadan ölkə başçısına təşəkkürlərini bildirib və qeyd ediblər ki, bu gün onların hərbiri cəbhənin təmas xəttində  Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdılar.

DSC_0058

Vətəndaşların üzləşdiyi problemlərin və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll ini tapdı…

Son zamanlarda imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışan rayon sakinləri, ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdiklərini bildiriblər.

Məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin artırılması isə onların yaşayış şəraitinin daha da yaxşılaşmasına böyük dəstək olduğunu qeyd ediblər.

Vitse-spiker seçicilərin sosial, məşğulluq, əmək, mənzil, əmlak və digər məsələlərlə bağlı müraciət və şikayətlərini dinləyib.

Müraciət edən vətəndaşların üzləşdiyi problemlərin və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.

WhatsApp Image 2019-04-06 at 18.04.17

DSC_0052

DSC_0090DSC_0058

DSC_0002

K.HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bir kəmər, bir yol” dünya iqtisadiyyatının inkişafına kömək edəcək” – ZİYAD SƏMƏDZADƏ

Read Next

Yaşayış binasında dəhşətli partlayış: 8 nəfər xəsarət aldı – TBİLİSİDƏ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir