“Azərbaycan Ordusu, igid və qəhrəman oğullarımız düşmən qarşısında geri çəkilə bilməzdilər və çəkilmədilər…Düşmənə layiqli cavabını verməliydilər və verdilər…”-JALƏ ƏLİYEVA DÜNYA BİRLİYİNƏ, MİNSK QRUPUNA SƏSLƏNDİ

İşğalçı və təcavüzkar Ermənistan bir daha iç üzünü açdı, murdar və eybəcər sifətini, mənhus və mənfur mahiyyətini ortaya qoydu.

Növbəti dəfə atəşkəs rejimini pozaraq, təxribata, fitnəkarlığa əl atdı, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi etdilər. Və dərhal layiqli cavablarını da aldılar, böyük itkilər verərək, Azərbaycan Ordusunun igid, qəhrəman əsgər və zabitləri tərəfindən geri otuzduruldular.

Çünki başqa cür ola bilməzdi. Azərbaycan Ordusu, igid və qəhrəman oğullarımız düşmən qarşısında geri çəkilə bilməzdilər və çəkilmədilər. Düşmənə layiqli cavabını verməliydilər və verdilər.

Hər zaman da belə olacaq, Aprel döyüşlərində də belə oldu, Cünnüt əməliyyatında da belə oldu, Tovuzda da belə oldu. Emənistan, işğalçı və təcavüzkar ölkə, onun işğalçı, cinayətkar hərbçiləri, əsgər və zabitləri bir daha Azərbaycan Ordusunun nələrə qadir olduğunu və ola biləcəyini gördülər.

Ermənilər, xəstə təfəkkürlü, nasist, faşist, terrorist, rasist mahiyyətli və bir-birlərindən fərqlənməyən cinayətkar, xunta, diktatura, irtica hakimiyyətləri-başabəla erməni siyasətçiləri görünür indiyə qədər yaşadıqlarından azacıq olsa belə dərs çıxarmayıb, ibrət götürməyiblər. Bu gedişlə də dərs çıxaracaqları, ibrət götürəcəkləri, ağıllanacaqları üfüqdə belə görünmür.

Çünki xəstədirlər, çünki zəhərləniblər, çünki bunların vaksini, peyvəndi də yoxdur. Ona görə hər belə cinayətkar, təxribatçı, fitnəkar addımları, işğalçılıq hərəkətləri öz başlarında çatlayacaq, daha rəzil və çarəsiz duruma düşəcək, uçuruma yuvarlanacaqlar. Arxalarında dayananlar da bir gün onlardan əllərini çəkmək zorunda qalacaq.

Həmçinin, Azərbaycanın mövqeyi birmənalı və aydındır: torpaq məsələsində güzəşt olmayıb və olmayacaq. Nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti, nə Azərbaycan Ordusu, nə də Ali Baş Komandan buna imkan və icazə verəcək. Əksinə, müzəffər, şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi və əmri ilə çox tezliklə bütün işğal faktına son qoyacaq, Qarabağ və ona bitişik bütün ərazilərimizi son qarışınacan azad, erməni cəlladlarını isə cəhənnəmə vasil edəcək.

Bugünkü hadisə həm də dünya birliyinə, kar, kor, lal olan beynəlxalq qurumlara, ATƏT-ə, Minsk qrupuna bir dərs olmalıdır. Onlar artıq gözlərini açmalı və həqiqətin gözünə dik baxmalı, işğalçı və təcavüzkar Ermənistanın nəinki Azərbaycan və bölgə üçün, bütövlükdə dünya üçün təhlükə, təhdid olduğunu dərk etməli, ona layiqli və gərəkən cavabını verməlidirlər. Artıq boş, mənasız, quru bəyanatlarını istəmirik, onları özlərinə saxlasınlar, bizə lazım deyil, bizə real, konkret, ədalətli addımlar, qərarlar və onların icrası lazımdır.

Son olaraq, bir Azərbaycan vətəndaşı, Azərbaycan anası kimi, üzüntümü, kədərimi də ifadə etmək istəyirəm. Çox təəssüflər olsun ki, daha iki igidimizi, gəncimizi itirdik, Şəhid verdik. Daha iki ailəyə, ocağa atəş düşdü…

Şəhidlərimizin ailəsinə dərin hüzn və kədər hissilə başsağlığı verir, başınız, başımız sağ olsun deyirəm. Şəhidlər bizim baş tacımızdır. Onlar daim bizimlədir. Nə qədər ki, Azərbaycanımız var, onlar da olacaqlar, mənən, ruhən yaşayacaqlar. Eyni zamanda, yaralılarımza Allahdan şəfa diləyir, tezliklə sağalmalarını arzulayıram.

Allah Azərbaycanımızı qorusun.

Amin!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Təxribat törədən düşmən layiqli cavabını aldı…”-TOVUZUN DEPUTATI DANIŞDI VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Read Next

Vüqar Sadıqov, Elşad Məmmədov, Xəyyam Daşdəmirov-ŞƏHİDLƏRİMİZİN SAYI 3-Ə ÇATDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir