Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil – KAMİLƏ ƏLİYEVA

26 iyun Azərbaycan Milli Ordusunun yaranma günüdür. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan olundu və bu tarix həmin vaxtdan rəsmi dövlət bayramı kimi qeyd olunur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

O, xatırladıb ki, 26 iyun 2019-cu ildə həmçinin Azərbaycan Ordusunun 101 yaşı tamam olur.

“Ötən il Azərbaycan Ordusunun 100 illiyi çox təntənəli şəkildə, Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirak etdiyi Hərbi Paradla qeyd olundu. Hər iki lider Hərbi Paradda tarixi çıxışlar etdilər. Həmin gün Azərbaycan Ordusunun gücü, nələrə qadir ola biləcəyi bir daha dünyaya nümayiş olundu. Çox sevindirici və qürurverici hal odur ki, Hərbi Parad ərəfəsində Azərbaycan Ordusu növbəti zəfərinə, “Cünnüt əməliyyatı” nəticəsində 1992-ci ildən işğal altında olan Naxçıvanın Cünnüt kəndinin və digər strateji məntəqələrin azad edilməsinə nail olmuşdu.

parad-24

harbi parad

paradddd-8

paradddddd-7

kamilya

Yəni, zəfər zəfərə, bayram bayrama qarışmışdı. Bunları xatırlatmaqda məqsədim odur ki, istər 1918-20-ci illərdə, istərsə də, ikinci müstəqilliyimizin 28 ilində Azərbaycan Ordusu bir çox tarixi nailiyyətlərə, zəfərlərə, qələbələrə nail ola bilmişdir.

Buna 2016-cı ilin uğurlu Aprel əməliyyatlarını da aid etmək olar. Bu əməliyyat Azərbaycanın hərb tarixinə və səlnaməsinə qızıl hərflərlə həkk edilmişdir. Bunlar onu göstərir ki, Azərbaycan Ordusu ildən-ilə güclənməkdə, qüdrətlənməkdə, döyüş qabiliyyətini və hazırlığını yüksəltməkdədir. Bu gün Azərbaycan Ordusu dünyanın ən modern ordularındandır, dünyanın 50 ölkəsinin ordusu arasında layiqli yerini almış bir ordudur. Ümumiyyətlə, Ordu dövlətin, cəmiyyətin keşikçisidir. Hər bir dövlətin müqəddəratı xalqın taleyi ordusundan asılıdır.

Ordu öz dövlətini,xalqını qoruyan bir ana timsalıdır. Bu baxımdan, Azərbaycan Ordusunun gücləndirilməsi və möhkəmləndirilməsi Azərbaycan dövlətinin, ölkə rəhbərinin, Ali Baş Komandanın daim diqqət mətkəzində, qayğısı altındadır. Təsadüfi deyil ki, hərbi büdcəmiz ildən-ilə artırılır. 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində hərbi büdcəmizin daha 5 faiz artırlması gözlənilir. Azərbaycanın hərbi büdcəsi təcavüzkar və işğalçı ölkənin bütövlükdə dövlət büdcəsinə bərabərdir. Bunlar Azərbaycanın dinamik, sürətli inkişafından və nəticə etibarı ilə Azərbaycan Ordusunun qüdrətindən xəbər verir.

Bu Ordu hər zaman Ali Baş Komandanın əmrinə hazırdır. İnanıram və qəti əminəm ki, sülh danışıqları ilə yanaşı, Azərbaycan Ordusu da Qarabağ münaqişəsinin müsbət və ədalətli həllində birmənalı sözünü deyəcək.

O gün heç də uzaqda deyil. Allah müstəqil Azərbaycanımızı və Ordumuzu qorusun. Bayramımız bir daha mübarək olsun!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞU

Etikxeber.az

Read Previous

Deputatla Vəkil Bürosunun rəhbəri memorandum imzaladı – FOTOLAR

Read Next

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir