“Qarabağımızda, işğal altında olan yurd yerlərimizdə növbəti və birdəfəlik ZƏFƏR, TARİX yazacılaq…”-JALƏ ƏLİYEVA

102 öncə ilk müstəqil Azərbaycanın-Azərbaycan Xalq Cümhriyyətinin (AXC) tarixində ən gözəl günlərdən birinin təməli atıldı…

Qurucu, istiqlalçı babalarımız Azərbaycan Ordusunun yaradılmasına qərar verdilər…

Çünki ordusuz müstəqillik mümkün deyil, bu, tarixin sınaqlarından keçmiş bir məsələdir…

Ordu dövlətin, millətin güvənci, ümid və inam yeri, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır…

Odur ki, 102 il öncə, 1918-ci ilin 26 iyun tarixində – Əlahiddə Azərbaycan korpusu yaradıldı…

Düzdür, həmin ordunun ömrü də Cümhuriyyətimizin ömrü kimi, çox uzun çəkmədi, 1920-ci ilin 28 aprel işğalından sonra həmin ordunun da ömrü yarımçıq qaldı…Amma şərəfli və tarixi bir ömür yolu oldu…114 min kvadrat kilomertlik bir əraziyə malik dövlətin az da olsa, ayaqda qalmasında öz sözünü dedi…

Çox sevindirici haldır ki, digər tarixi qürur və fəxr günlərimiz kimi, həmin tarixi də bütün cəhdlərə, 71 illik amansız sovet buxovlarına baxmayaraq, yaddaşlardan, hafizələrdən silmək mümkün olmadı…

Azərbaycan 1991-ci ildə ikinci müstəqilliyini qazandıqdan- 18 oktyabrda Müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdikdən sonra ölkədə ordu quruculuğuna başlanıldı…

Böyük və tarixi şəxsiyyət-Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Və 22 ildir hər il iyunun 26-sı tarixində Milli Ordu Gününü qeyd edirik…

İki il öncə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olundu ki, bunun özü də yaddaşlardan və hafizələrdən silinməyəcək bir hadisə oldu…

Azərbaycan Ordusunun möhtəşəm və təntənəli 100 illiyində Hərbi Parad təşkil edildi və həmin Paradda dövlət başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyev iştirak etdi, tarixi nitq söylədi…

Həmin möhtəşəm Parad hələ də gözlərimin önündə, yaddaşımdadır…Çox qürurverici, şərəfli bir gün, an idi…

Qeyd etdiyim kimi, heç bir müstəqllik və onun əbədiliyi ordusuz mümkün deyil, mümkün olmur. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır…

Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır… Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi… Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi… Bu, kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər…

Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi. Bunun üstündən bir az keçəndən sonra Ermənistanı inqilab dalğası bürüdü, Ermənistanı illərdir fəlakətə sürükləyən, xüsusilə, Aprel biabırçılığına imza atan hərbi cani Serj Sarkisyan hakimiyyətdən devrildi, yerləbir edildi…

Eyni zamanda, hakimiyəti çevriliş yolu ilə ələ keçirən fitnəkar və təxribatçı Baş nazir Nikol Paşinyan da yaxın zamanlarda baş verənlərdən ibrət, dərs götürmədi, Naxçıvan istiqamətində növbəti təxribat əməllərinə əl atıldı və Aprel döyüşlərində olduğu kimi, layiqli, tutarlı cavablarını aldılar…

2018-ci ilin yayına yaxın müasir hərb səlnaməmizdə xüsusi yeri olan Cünnüt əməliyyatı gerçəkləşdirildi və ermənilərə, Ermənistana ağır zərbə endirildi, böyük və strateji bir əraz Azərbaycan ordusunun nəzarəti altına keçdi…

Bütün dünya bir daha müstəqil Azərbaycanın və onun Ordusunun nələrə qadir olduğunu və ola biləcəyini gördü, duydu, etiraf etdi… Bu gün də Azərbaycanda ordu quruculuğu çox sürətli şəkildə davam etdirilməkdədir…

Azərbaycan Ordusu son dərəcədə müasir və döyüş qabiliyyətli, güclü bir Ordudur… Azərbaycan Ordusu heç təsadüfi deyil ki, dünyanın 50 ən güclü orduya malik ölkəsinin Ordusu sırasınadır… Bu, böyük göstərici və qürur mənbəyidir…

İnanıram və əminəm ki, Ordumuz yaxın dövlərdə həmin 50-likdə daha ön sıralarda yer alacaq, bərqərar olacaq…

Eyni zamanda, müzəffər Ordumuz çox tezliklə Qarabağımızda, işğal altında olan yurd yerlərimizdə növbəti və birdəfəlik ZƏFƏR, TARİX yazacaq…

Bütün Azərbaycan ərazilərində ölkəmizin suverenliyi bərqərar olunacaq və işğala son qoyulacaq!

11:11, 26 iyun, 20: 12, 27 iyun

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər…”-HİKMƏT HACIYEV

Read Next

“Nəcməddin Sadıqovun məruzəsi çox səlis, amma rus dilində idi: Hərbiçilər qarşısında ona heç nə demədim, amma…”-ARİF HACILI 28 İL ÖNCƏNİ XATIRLATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir