Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır – MÜDAFİƏ NAZİRLİYİ

Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır.

Etikxeber.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən bildirib.

mnnn-1

“Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.

Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Ermənistan sülh istəyirsə, erməni əsgəri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır” – deyə, polkovnik V.Dərgahlı bildirib.

Etikxeber.az

Read Previous

“Məmmədyarovla deyil, Həsənovla anlaşmalı olarlar ki…” – POLİTOLOQ

Read Next

“Texnologiyanın inkişafı elmsiz mümkün deyil” – TBMM-İN ÜZVÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir