Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində-HƏLAK OLUB?! – YENİLƏNİB

Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində ölüb.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

16:49

***

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 02 iyul 2022-ci il tarixdə Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilib.

Bu barədə isə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Məlumata görə, fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Etikxeber.az

Read Previous

Daha 33 yeni-YOLUXMA…

Read Next

Tramp yenidən prezident olmaq-İSTƏYİR?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir