Azərbaycan Ordusunun Şuşa, Xocalı, Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

15:52

***

Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə də MN məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb

Etikxeber.az

Read Previous

Əsədov Yılmaza təbrik, Oktaya təşəkkür-MƏKTUBU GÖNDƏRDİ – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Zeynallı-SÖZLƏRƏ, KƏLMƏLƏRƏ SIĞMAYACAQ 22 İLLİK ÖMÜR YOLU, HƏYAT HEKAYƏTİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir