Azərbaycan pley-offda oynamağa potensial namizəddirmi?

AVRO-2020-nin seçmə mərhələsinin arxada qalan hissəsindən sonra pley-offda oynamağa potensial namizədlər müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, UEFA VI turun ilk oyun günündən sonra turnir cədvəllərində yaranan vəziyyətdə  pley-offda çıxış etməli olan komandaların siyahısını açıqlayıb.

Yəni seçmə mərhələ indi başa çatsa, son 4 vəsiqə uğrunda mübarizədəki 16 komandanın kimləri ola biləcəyi bəllidir.

AVRO-2020-dən tətbiq olunan yeniləyə əsasən pley-offda Millətlər Liqasının qrup qalibləri, onların seçmə mərhələdə uğur qazanacağı halda isə Liqanın sıralamasındakı növbəti yığma çıxış edəcək.

A liqası

Hollandiya, İsveçrə, İslandiya, Bolqarıstan/İsrail

Çoxları Millətlər Liqasının qalibi olan Hollandiyanın AVRO-2020-yə yüksəldiyini düşünsə də, bu, yanlış fikirdir. “Narıncılar” seçmə mərhələdə vəsiqə qazanmasa, pley-offda oynamalıdır. Hazırkı durumda A liqasının 9 komandası seçmə mərhələdə ilk iki yerdən birini tutur. Digər üç yığma – Hollandiya, İsveçrə və İslandiya isə 2020-ci ilin martındakı pley-offa iddia edir. Bu durumda 4-cü komanda isə püşklə seçiləcək. C liqasında Bolqarıstanla İsraildən biri A liqasının pley-offuna gələcək. Digəri isə C liqasının pley-offunda mübarizə aparacaq.

B liqası
Bosniya və Herseqovina, Uels, Çexiya, Slovakiya

B liqasının 8 komandası seçmə mərhələdə ilk iki yerdən birində qərarlaşıb. Bu isə digər 4 yığmanın pley-offa qatılması deməkdir. Maraqlıdır ki, onlardan ikisi – Uelslə Slovakiya Azərbaycan yığması ilə eyni seçmə qrupunda çıxış edir.

C liqası
Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail

C Liqasında qrup qaliblərindən yalnız Finlandiya seçmə mərhələdə uğurla çıxış edir. Onlar sonadək mövqeyini qorusa, Bolqarıstanla İsraildən biri pley-offda şimallıları əvəz edəcək.

D liqası
Gürcüstan, Şimali Makedoniya, Belarus, Lüksemburq

D liqasında da qrup qaliblərindən üçü pley-offda oynayacağını ehtimal etmək olar. Yalnız Kosovo seçmə mərhələ ilə birbaşa vəsiqəyə iddiaçıdır. Millətlər Liqasında Azərbaycanla eyni qrupda 1-ci olan balkanlıların bu uğuru millimizə fayda verməyəcək. Çünki pley-offda Kosovonu Lüksemburq əvəzləməlidir. Azərbaycanın pley-offa yüksəlməsi üçün isə Liqanın üç komandası seçmə mərhələdə uğur qazanmalıdır…

Etikxeber.az

Read Previous

Zəlzələ – BU DƏFƏ MASALLIDA

Read Next

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…” – VİTSE-PREMYER – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir