Azərbaycan rəsmiləri Şimon Peresin dəfn mərasimində iştirak etdi

Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətinin doqquzuncu Prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Yerusəlim şəhərinə səfər edib.

Etikxeber.az xəbər verir ki, mərasim zamanı Baş nazirin müavini Elçin Əfəndiyev İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşərək Şimon Peresin vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Hökuməti adından İsrail Dövlətinə başsağlığı verib.

Baş nazirin müavini Elçin Əfəndiyev mərhumun beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə beynəlxalq ictimaiyyət qarşısındakı xidmətlərini, eləcə də Azərbaycan və İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfələri xüsusilə qeyd edib.

Baş nazirin müavini Elçin Əfəndiyevi müşayiət edən Azərbaycan nümayəndə heyətinin tərkibinə deputat Yevda Abramov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və digər rəsmi şəxslər daxildir.

Etikxeber.az

Read Previous

Oqtay Əsədov: “Biz ədalətin gec-tez zəfər çalacağına inanırıq”

Read Next

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə bağlı yeni sərəncam imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir