“Azərbaycan reallıqlarını Avropa çərçivəsinə salmaq yolverilməzdir” – DEPUTAT

Milli-mənəvi dəyərlər Azərbaycan xalqının müqəddəs və unudulmaz sərvətidir. Çünki o tarixlərin sınaqlarından çıxmış, bəşəri amalları özündə birləşdirən və nəsildən-nəsilə ötürən keyfiyyətlərdir. Xeyirxahlıq, dostluq, qonaqpərvərlik, mərdlik, qadına, böyüyə-kiçiyə hörmət, oduna-ocağına, adət-ənənəsinə məhəbbət, torpağa qayğı xalqımızın böyüklüyünün, qədirbilənliyinin, qədimliyinin, mədəniyyətinin, qabiliyyətinin meyarıdır.

Heydər Əliyev sağlığında dönə-dönə xatırladırdı: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”. Həqiqətən də belədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

“Məhz buna görə də cənab İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibəti ilə bağlı təşkil olunmuş mərazimdəki nitqində milli-mənəvi dəyərlərə, ailə, qadın, ağsaqqal, ağbirçək, tərbiyə, təhsil, əxlaq məsələlərinə böyük önəm verdi və bu barədə ətraflı danışdı”-deyən millət vəkili bildirib ki, çünki Azərbaycan reallıqlarını Avropa çərçivəsinə salmaq, yad meylləri standartlaşdırmaq, stimullaşdırmaq, cəmiyyətimizə sırımaq yolverilməzdir.

“Azərbaycanın öz inkişaf modeli olduğu kimi, ailə modeli, əxlaq prinsipləri, təhsil-tərbiyə formaları, böyük-kiçik münasibətləri də var, mövcuddur. Ölkə rəhbəri bu modelləri, prinsipləri, yanaşmaları qorumağın, inkişaf etmələrinin vacibliyini xatırlatmaqla xoşbəxt gələcəyimizin təməl prinsiplərini möhkəmləndirməyi tövsiyə edir və hər bir kəsin bu sahədə fəal, uzaqgorən olmasını arzulayır. 

Bu, ölkə rəhbərinin xalqına, vətəninə, milli-mənəvi dəyərlərinə məhəbbətinin bir ifadəsidir. Əlbəttə ki, milli-mənəvi dəyərlərə yiyələnməyən insan Azərbaycanın yaxşı qurucusu, yaxşı vətəndaşı ola bilməz. Elə buna görə də ölkə rəhbəri hər bir kəsdə sağlam mövqe formalaşdırmağı, cəmiyyətə, insana fayda verməyi lazım bilir və bütün tədbirlərdə, bütün yığıncaqlarda bu amilləri irəli çəkməklə, bunlar ətrafında geniş diskusiya açmaqla Azərbaycan cəmiyyətinin sağlamlaşmasını ən vacib məsələlərdən biri kimi qarşıya qoyur…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil…” – DEPUTAT

Read Next

“Hər birimizin, hər bir dindar insanın, hər bir din xadiminin təqsiri var…” – ALLAHŞÜKÜR PAŞAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir